2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 203 milyon 23 min dollar dəyərində 126 min 150 ton pambıq ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Pambıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 52 milyon 148 min dollar və ya 34,6% miqdar ifadəsilə 50 min 940 ton və ya 67,7% artıb.
2023-cü ilin 11 ayında isə Azərbaycandan 150 milyon 876 min dollar dəyərində 75 min 210 ton pambıq ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi pambığın 1 kiloqramının orta ixrac qiyməti 2,73 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 3,41 manat idi (illik 73 qəpik və ya 20% ucuzlaşma).