ABŞ-ın avtomobil şirkətlərini birləşdirən altı avtomobil assosiasiyası Trapma müraciət edib.
Onlar Çin prezidenti Si Cinpinin gələn həftə Vaşinqtona gözlənilən səfərindən əvvəl ABŞ-da avtomobil satmaq, idxal etmək və ya istehsal etmək istəyən Çin avtomobil istehsalçılarına qarşı «qapıları möhkəm bağlamağa» çağırıblar.
«Avtomobil İnnovasiya Alyansı», «Amerika Avtomobil Siyasəti Şurası», «Nəqliyyat Vasitələri Təchizatçıları Assosiasiyası», «Milli Avtomobil Dilerləri Assosiasiyası», «Cars Move America Forward» və «Zero Emission Transportation Alliance» təşkilatları məsələ ilə bağlı ABŞ prezidenti Donald Trampa məktub göndərib.
Məktubda şirkətlər Trampı Çin avtomobil istehsalçılarının ABŞ-a açılan qapısını "möhkəm bağlı saxlayan siyasətləri" davam etdirməyə çağırıblar.
Şirkətlər bildirir ki, Çin avtomobillərinin ABŞ-da istehsalına icazə verilməsi "ədalətli rəqabətə zərər verəcək".
Şirkətlər Trampa xatırladıblar ki, bu addım elə Trampın özünün ABŞ-da avtomobil istehsalını artırmaq və daxili bazarı qorumaq planlarını pozacaq.
Məktubda bildirilir ki, ABŞ-da Çin avtomobilləri zavodları açılsa, yeni iş yerləri yaranmayacaq, əksinə, işçilər ABŞ şiruətlərindən Çin hökumətinə məxsus və şirkətlərə keçəcək.












