Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinin bağlanması və yanacaq qiymətlərinin sürətlə artdığı bir vaxtda bölgədəki alıcıları alternativlər axtarmağa başlayıb. Avropa neft emalı zavodları isə yüklər üçün yüksək əlavə ödənişlər ödəyir.
İranla münaqişə səbəbindən Səudiyyə Ərəbistanının neft boru kəməri zədələndiyinə görə, «Saudi Aramco» şirkəti Hörmüz boğazından keçən neft daşımalarını artırıb və Asiyadakı alıcılar bu həftə neft ala biliblər.
Amma bu dəyişiklik həm də o deməkdir ki, daşınan neft hələlik Asiyaya gedəcək. Avropa isə hələlik neft ala bilməyəcək.
Nəticədə dünya bazarında neftin qiymət üçün əsas meyar olan Şimal dənizində fiziki neft qiymətləri son günlərdə rekord səviyyələrə yüksəlib.
Cümə günü «Aramco» şirkəti avropalı müştərilərinə elan edib ki, gələn ay uzunmüddətli müqavilələr çərçivəsində heç bir neft ala bilməyəcəklər.
Neft bazarlarındakı gərginlik ən çox Avropada hiss olunur. Dated Brent indeksinə görə, bu həftə bir dəfə alış-veriş həvəsi qiymətləri aprel ayından bəri ilk dəfə bir barel üçün 130 dollardan yuxarı qaldırdı.
ABŞ-dan Asiyaya xam neftin daşınmasının qiyməti bir barel üçün 26 dollara yüksəlib.
Treyderlər bildiriblər ki, Avropada neft təchizatı ilə bağlı vəziyyət aprelin əvvəlindəki İran müharibəsi dövrdəkindən daha pisdir.
Xatırladaq ki, hazırda London Birjasında Brent neftin qiymiəti 104 dollar ətrafındadır.
Azərbaycan nefti isə həftəni 122 dollar qiymətlə tamamlayıb.












