Gəncə şəhərində 2025-ci ilin yanvar-iyun aylarında fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş tikinti işlərinin dəyəri 15,1 milyon manat təşkil edib.
FED.az bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə ümumi tikinti işlərinin 8,3 milyon manatını, yaxud 55,1 faizini hüquqi şəxslər tərəfindən yerinə yetirilmiş işlər, 6,8 milyon manatını və ya 44,9 faizini isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin yerinə yetirdiyi işlər təşkil edib .