Cari ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 609 min barel olub.
OPEC Azərbaycanda 2023-2024-cü illər üçün neft hasilatı üzrə proqnozunu yeniləyib
Energetika Nazirliyindən FED.az-a verilən məlumata görə, hasilatın 492 min barelini xam neft, 117 min barelini kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.
Beləliklə, Azərbaycan noyabr ayında "OPEC+" çərçivəsində kvotasından 192 min barel geridə qalıb.
Onu da əlavə etmək lazımdır ki, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.