North West
Mühəndis-konstruktor
Son tarix 16 noy 2026 [email protected]
İş haqqında:
- Konstruktiv həllərin düzgün verilməsi və AzDTN-a standartlarına uyğun olaraq konstruktiv cizgilərin işlənməsi; bina və qurğuların, sənaye və mülki tikintilərinin, layihələndirilməsi; Ekspertizanın iradlarına əsasən layihələrin revizya olunması,
- Konstruktiv hesabatların aparılması, İnşaat konstruksiyalarının (metal, dəmir-beton konstruksiyalar), Bina və qurğuların texniki vəziyyətinin müayinəsi;
- Mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
- Tikinti materiallarının v ə konstruksiyaların növ və xüsusiyyətlərini bilməlidir;
- Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlanması;
- Potensial layihələrə ilkin hazırlıq işlərinin aparılması mərhələsində əraziyə baxış keçirib məsləhətlələr vermək
- Metal konstruksiya və avadanlıqlar üzrə statik hesabatların tərtibi;
- Səmərələşdirici təkliflərin baxılmasında və işçi cizgilərinin işlənməsi zamanı səmərələşdiricilərə köməyin göstərilməsində iştirak edir.
- Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir
Namizədə tələblər:
- Təhsili: Ali təhsil (İnşaat fakultəsi/ İnşaat mühəndisi)
- İş təcrübəsi: Konstruktor olaraq ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı (Layihəçi konstruktor kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
- Kompüter bilikləri: MS Office proqramları, AutoCAD, Lira, Tekla Structure, REVIT
- Dil bilikləri: Azərbaycan, İngilis dili. Digər dillər əlavə üstünlük hesab olunur
Namizədlərdən CV-ni "Mühəndis-konstruktor" mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.
Süni Qurğular üzrə Layihəçi Mühəndis
Son tarix 16 noy 2026 - [email protected]
Vəzifə öhdəlikləri
- Avtomobil yollarında kiçik süni qurğuların (suötürücü boruların) layihələndirilməsi;
- Avtomobil yollarında kiçik körpülərin (L ≤ 25,0 m) layihələndirilməsi;
- Dəmir-beton konstruksiya elementlərinin həcmlərinin hesablanması;
- Dəmir-beton konstruksiyaların armaturlanma cizgilərinin işlənilməsi;
- Layihə üzrə süni qurğuların yekun siyahısının və iş həcmləri cədvəllərinin hazırlanması;
- Layihəyə aid izahat yazısının hazırlanması;
- Layihəyə aid işçi layihə komplektinin hazırlanması.
Tələblər
- İnşaat mühəndisliyi üzrə ali təhsil (əsasən Yol İnşaatı, Körpülər və Tunellər ixtisası üzrə);
- Avtomobil yollarının və süni qurğuların layihələndirilməsi üzrə ən azı 3 il iş təcrübəsi;
- Dəmir-beton konstruksiyaların layihələndirilməsi və armaturlanması üzrə biliklər;
- Süni qurğuların suötürücülük və hidravlik hesablamalarını aparmaq bacarığı;
- Hazırda qüvvədə olan layihələndirmə norma və qaydalarını bilmək;
- Microsoft Word, Excel və digər ofis proqramlarında işləmək bacarığı;
- AutoCAD, Revit və digər kompüter qrafik proqramlarında işləmək bacarığı.
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Süni Qurğular üzrə Layihəçi Mühəndis” başlığı ilə göndərməklə edə bilərsiniz.
Sahə mühəndisi (Sumqayıt)
Son tarix 16 noy 2026 [email protected]
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində gündəlik iş prosesinə nəzarət etmək;
- Subpodratçılar və sahə komandaları arasında koordinasiyanı təmin etmək;
- Tikinti işlərinin gedişatını izləmək və icra müddətlərinə nəzarət etmək;
- İşlərin layihə çertyojlarına və texniki spesifikasiyalara uyğun həyata keçirilməsini təmin etmək;
- Layihə işlərinin vaxtında və səmərəli icrasına dəstək olmaq.
Namizədə dair tələblər:
- Mülki mühəndislik, konstruksiya mühəndisliyi, memarlıq və ya əlaqəli sahə üzrə diplom və ya 2 illik texniki təhsil proqramını bitirmə;
- Sənaye təyinatlı binaların tikintisi sahəsində minimum 4 il iş təcrübəsi;
- İngilis dili üzrə başlanğıc və ya orta səviyyədə ünsiyyət bacarığı.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Sahə mühəndisi) qeyd etməyiniz xahiş olunur.
Xəritə mühəndisi
Son tarix 16 noy 2026 [email protected]
İş yeri: Qarabağ
Vəzifə öhdəlikləri:
- Topogeodeziya işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər cədvəlini və çöl nəzarət cədvəlini tərtib edir;
- Geodeziya və Mühəndislik alətlərindən istifadə etməklə layihənin icrası məqsədilə tətbiq ediləcək nöqtələri müəyyən edir;
- Nivelirdən, teodolit və peyk vasitəsi ilə qlobal yerləşmə sistemlərindən (GPS) istifadə etməklə çəkiliş işləri aparılan sahələrdə mühüm nöqtələrin en və uzunluq dairəsini və sərhədlərini müəyyən edir;
- Topoqrafik çəkilişləri və ölçmə nəticələrini, o cümlədən, torpaq və ya torpaq sahələrinin formasını, konturlarını, yerini, hündürlüyünü və ölçülərini qeydə alır;
Vəzifə tələbləri:
- Coğrafiya ,Geodeziya və Kartoqrafiya, Xəritəçilik ixtisasında bakalavr və magistr dərəcəsində ali təhsil
- Xəritə mühəndisi kimi minimum 5 il iş təcrübəsi;
- Autocad , Netcad və ya Autodesk 3 d proqramlarda biliklər;
- Topoqrafik təhfil təslim və yoxlanış sənədləşmələri, geodeziya aktlarının hazırlanmasını bilməli;
- Tikinti quraşdırma iş və material həcmlərini hesablamağı bacarmalı
- ArcGIS ,QGis,Erdas,AutoCAD və s texnologiyalarında işləmək qabiliyyəti
- CİS sahəsində minimum 3 il iş təcrübəsi
- Xəritə məlumatlarının strukturunun pozulmaması şərti ilə mılumatların yenilənməsi qabiliyyəti
- Koordinat sistemləri, proyeksiya, datum, geod və məlumat bazaları haqqında biliklərə malik olmalı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Xəritə mühəndisi (Qarabağ)” qeyd etməyiniz vacibdir.














