Azərbaycanın aparıcı banklarından biri olan «Unibank»ın kredit portfelində mühüm dəyişiklik baş verib.
Azərbaycan banklarında ən yüksək maaş haradadır? – BANKLAR, MƏBLƏĞLƏR
«Unibank»dan rekord göstəricilər – MƏNFƏƏTDƏ 73%-LİK ARTIM – SÜRƏTLİ BÖYÜMƏ - HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ənənəvi olaraq istehlak kreditləri ilə tanınan «Unibank»da biznes kreditlərinin həcmi ilk dəfə olaraq istehlak kreditlərini keçib.
2026-cı ilin 3-cü rübünün nəticələrinə əsasən «Unibank»ın kredit portfeli ilin əvvəlindən bəri 224 milyon manat və ya 17% artaraq 1 milyon 528 milyon manata yüksəlib.
Bu dövrdə bankın istehlak kreditləri cəmi 29 milyon manat artaraq 647 milyon manatdan 676 milyon manata yüksəlib.
Bankın biznes kreditləri isə 178 milyon manat artaraq 554 milyon manat 732 milyon manata yüksəlib.
Bu dövrdə «Unibank»ın ipoteka kreditləri 16 milyon manat artaraq 102 milyon manatdan 118 milyon manata yüksəlib.
Başqa sözlə, hesabat dövründə biznes kreditləri 178 milyon manat və ya 32%, ipoteka kreditləri 16 milyon manat və ya 16%, istehlak kreditləri cəmi 29 milyon manat və 4,4% artıb.
İlin əvvəlində «Unibank»ın kredit portfelində istehlak kreditləri 50%, biznes kreditləri 42%, ipoteka kreditləri isə 8% təşkil edirdi.
Hazırda isə kredit portfelində biznes kreditləri 48%, istehlak kreditləri 44%, ipoteka kreditləri isə 8% təşkil edir.















