Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir.
Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir
FED.az xəbər verir ki, yeni qaydaya əsasən, pensiyalar hər il orta aylıq əməkhaqqının məbləğinə qədər olan hissə üzrə tam indeksasiya faizi ilə artırılacaq. Pensiya orta aylıq əməkhaqqından yüksək olduqda isə artıq qalan hissəyə 0,2-0,5 əmsalları tətbiq ediləcək.
Pensiyaçıların 90 faizdən çoxunun pensiyası orta aylıq əməkhaqqından aşağı olduğu üçün onların pensiyaları əvvəlki qaydada, yəni indeksasiya faizi tam tətbiq edilməklə artırılacaq.













