Dövlət Gömrük Komitəsinin “Azərteminalkompleks” Birliyi fiziki şəxs Hüseynov İsmayıl Canpolad oğlu ilə satınalma müqaviləsi imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dövlət qurumu müqavilə çərçivəsində 5 min 15 manatlıq mebel satın alıb.
Bundan başqa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi fiziki şəxs Səmədov Babək Yaqub oğlu ilə mebel və avadanlıqların satınalınması ilə bağlı 968 manatlıq müqavilə imzalayıb.














