Eden Agro MMC
Satış üzrə kiçik mütəxəssis
Son tarix 31 okt 2026 - [email protected]
İş şəraiti
- İşəgötürən: Eden Agro MMC
- Struktur: Kommersiya, Satış və Marketinq departamenti
- Birbaşa rəhbər: Kommersiya, Satış və Marketinq departamentinin rəhbəri
- İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
- Satış strategiyasının hazırlanmasında iştirak etməli, rəhbərə təkliflər verməlidir;
- Müştərilərə müəssisənin istehsal etdiyi məhsullar, məhsulların keyfiyyəti və xüsusiyyətləri haqqında məlumatları verilməlidir;
- Müştərilərdən daxil olan sifarişlərə nəzarət etməli, məhsullar müştərilərə təhvil verilənə qədər mütəmadi əlaqə saxlamalıdır;
- Məhsulların təchizat müddətlərinin əməl edilməsinə nəzarət etməli, təchizatda yubanma yaranarsa, birbaşa rəhbərini məlumatlandırmalıdır;
- Müştəri, bazar və rəqiblərlə əlaqədar informasiyaları hesabat şəklində rəhbərliyə çatdırmalıdır;
- Potensial müştərilər haqqında məlumatlar toplamalı və rəhbərliyə təqdim etməlidir;
- Daim yeni müştərilər axtarmalı və cəlb etməlidir;
- Zavodun istehsal etdiyi əsas məhsulların (qlükoza, fruktoza, nişasta) və yan məhsulların (kəpək, özək, qarğıdalı qırıntısı, qlüten) satışını həyata keçirməlidir;
- Sağlam müştəri münasibətlərini korporativ standartlara və biznes etikasına uyğun formada qurmalıdır;
- Müştərilərin cəlbi istiqamətində görüşlər təşkil etməli və təkliflər hazırlamalıdır;
- Satışla əlaqədar tələb və təklifləri hesabat şəklində təqdim etməlidir;
- Bazarda olan rəqibləri mütəmadi araşdırmalıdır;
- İşgüzar tədbirlərdə şirkəti təmsil etməlidir;
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etməli, analiz aparmalı və çatışmazlıqları müəyyən edərək Kommersiya və Satış şöbəsinin müdirinə təkliflərini bildirməlidir;
- Müştərilərin borclarına daimi nəzarət etməli və borcların əvvəlcədən təyin olunmuş vadə müddətinə uyğun yığılması ilə məşğul olmalıdır;
Vəzifə tələbləri:
- Ali təhsil (Logistika, İqtisadiyyat, Biznesin idarə olunması, Marketinq və ya əlaqəli sahə);
- Satış və ya logistika üzrə minimum 1-2 il iş təcrübəsi;
- Təchizat zəncirinin idarə olunması sahəsində praktiki bilik;
- Anbar uçotu və inventar nəzarəti
- Müqavilələrin hazırlanması və icrası, qiymət formalaşdırma prinsipləri
- Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
- Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
- Azərbaycan / Rus dili səlis, İngilis yaxşı;
- 1C / ERP, MS Office (xüsusilə güclü Excel) proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Biz təklif edirik:
- Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
- Peşəkar və liderlik inkişaf proqramları;
- Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
- Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;
- Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;
- Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;
- Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Satış üzrə kiçik mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.














