Azərbaycanın aparıcı sement istehsalçılarından olan “Norm” ASC 14-16 oktyabr 2026-cı il tarixlərində Bakıda keçirilən 31-ci Azərbaycan Beynəlxalq Tikinti Sərgisi – BakuBuild 2026-da geniş stendi ilə iştirak edib.
FED.AZ xəbər verir ki, Xəzər İnşaat Həftəsi çərçivəsində təşkil olunan sərgi tikinti materialları istehsalçılarını, inşaat şirkətlərini, təchizatçıları və digər sektor nümayəndələrini bir araya gətirib.
Sərgidə ölkənin 1 nömrəli sement istehsalçısı olan “Norm” ASC tikinti sektorunda yeni əməkdaşlıqların qurulmasına, strateji tərəfdaşlıqların inkişafına və biznes imkanlarının genişləndirilməsinə marağını nümayiş etdirib.
“Norm” ASC-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Ramil Mahmudovun FED.AZ saytına verdiyi məlumata görə, şirkət artıq iki ildir yeni strateji xətt üzərində çalışmağa başlayıb. Strateji hədəfimiz Norm şirkətini sementdən başqa inteqrasiya olunmuş tikinti materialları şirkətinə çevirməkdir: “Artıq iki ildir ki, Norm şirkəti təkcə sement deyil, həmçinin quru qarışıqlar, kafel metlax yapışdırıcısı məhsulları da istehsal edir. Məhz, bu məhsullarımızı tanıtmaq üçün ən yaxşı seçim Baku Build, Rebuild Karabakh sərgisində iştirak etməkdir. Onu da qeyd edim ki, sərgi yüksək səviyyədə təşkil olunub və konkret olaraq bura gələn şəxslər tikinti sahəsində çalışan bu sahəni əhatə edən insanlardır. Yəni bizim hədəf qrupumuza tam uyğundur”.
R.Mahmudov bildirib ki, sərginin keçirilməsi yeni məhsulları və brendi potensial müştərilərə tanıtmaq baxımından ən yaxşı imkanlardan biridir: “Biz bu imkanlardan faydalanaraq mövcud və potensial müştərilərə yeni məhsullarımız haqda məlumat verir, görüşlər keçirir, yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görürük. Bir sözlə “BakuBuild 2026” sərgisi tikinti sektorunun iştirakçıları ilə işgüzar əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından mühüm platforma rolunu oynayıb”.
Qeyd edək ki, sərgidə şirkətin NORM KLASS 1, NORM KLASS S, NORM KLASS A400, NORM KLASS B, NORM KLASS C500, NORM KLASS D, KLASS EKO və NORM KLASS G (HSR) məhsulları nümayiş edilib. Bu məhsullar müxtəlif tikinti layihələrində, o cümlədən yaşayış və sənaye obyektlərinin, infrastruktur və hidrotexniki qurğuların inşasında, eləcə də neft-qaz quyularının sementlənməsində istifadə üçün nəzərdə tutulub.
Bundan əlavə, şirkətin Storm markalı kafel və keramika yapışdırıcı məhsulu, xüsusilə KLASS EKO daha aşağı karbon emissiyası ilə seçilən sement məhsulu, neft-qaz sənayesində istifadə olunan xüsusi quyu-tamponaj sementi kimi istifadə olunan NORM KLASS G (HSR) sərgi iştirakçılarının marağına səbəb olub.
Qeyd edək ki, illik 2,1 milyon ton sement istehsalı gücünə malik "Norm Sement" zavodu Cənubi Qafqazın ən böyük sement istehsalı müəssisələrindən biridir.





![“Norm Sement” tikinti bazarında fəaliyyətini genişləndirir – [red]YENİ MƏHSULLAR SƏRGİLƏNDİ[/red] | FED.az](/upload/news/small/145295.jpeg)
![“Norm Sement” tikinti bazarında fəaliyyətini genişləndirir – [red]YENİ MƏHSULLAR SƏRGİLƏNDİ[/red] | FED.az](/upload/news/small/3637649.jpeg)
![“Norm Sement” tikinti bazarında fəaliyyətini genişləndirir – [red]YENİ MƏHSULLAR SƏRGİLƏNDİ[/red] | FED.az](/upload/news/small/2494510.jpeg)
![“Norm Sement” tikinti bazarında fəaliyyətini genişləndirir – [red]YENİ MƏHSULLAR SƏRGİLƏNDİ[/red] | FED.az](/upload/news/small/4693011.jpeg)
![“Norm Sement” tikinti bazarında fəaliyyətini genişləndirir – [red]YENİ MƏHSULLAR SƏRGİLƏNDİ[/red] | FED.az](/upload/news/small/4266812.jpeg)
![“Norm Sement” tikinti bazarında fəaliyyətini genişləndirir – [red]YENİ MƏHSULLAR SƏRGİLƏNDİ[/red] | FED.az](/upload/news/small/3497150.jpeg)








