Azərbaycanda oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında, gecəyə doğru isə bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.
Bununla yanaşı, bir gün sonra, oktyabrın 20-də isə ölkənin bəzi rayonlarında güclü yağış yağacağı, dolu düşəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, 20 oktyabrda Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.













