Milli Depozit Mərkəzi (VÖEN: 9900012631) tender elan edib.
Dövlət qurumları fiziki şəxslərdən mebellər alıb – ƏTRAFLI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində 400 ədəd 0,33 lt şüşə qazsız, 135 ədəd 0,33 lt şüşə qazlı, 420 ədəd 0,50 lt şüşə qazsız, 800 ədəd 19 lt polikarbonat suyun alınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 4 min 427 manatdır.
Tenderdə iştirak haqqı 10 manat, istifadə haqqı 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Gülşən İmranova - Satınalma mütəxəssisi /
[email protected] / +994 12 538 31 90














