Şuşa şəhər Kollecinin binası 4,5 milyona təmir ediləcək.
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (VÖEN: 1500016711) “İdeal TM” QSC ilə satınalma müqaviləsi imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dövlət qurumu Şuşa şəhər Kollecinin (Qarabağ Universitetinin Turizm fakultəsi) binasının əsaslı təmiri və bərpası işlərini bu şirkətə həvalə edib.
Tərəflər arasında 4 milyon 492 min 872 manatlıq müqavilə imzalanıb.














