Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində “Regional Su Meliorasiya Xidməti” PHŞ (VÖEN: 1700121811) yeni tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində 15 rayonda - Samux , Şəmkir, Tovuz, Yevlax, Qazax, Beyləqan, Füzuli, Göygöl, Cəlilabad, Şəki,İsmayıllı, Ağstafa, Oğuz, Qəbələ, Balakən rayonları üzrə 58 ədəd subartezian quyularının əsaslı təmirinin satın alınması nəzərdə tutulur.
Tenderin ehtimal olunan qiyməti 2 milyon 136 min 46 manatdır.
Tenderdə iştirak haqqı 1 000 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Elşad Fərəcov / Şöbə müdirinin müavini - sektor müdiri /
[email protected] / +994 12 377 07 70 (601)














