“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” PHŞ (VÖEN: 1506095421) yeni tender elan edib.
Dövlət qurumları fiziki şəxslərdən mebellər alıb – ƏTRAFLI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində ölkə ərazisində yollarda xətlənmə işlərinin satınalması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 21 milyon 547 min 284 manat təşkil edir.
Tender şərtlərinə görə, ölkə üzrə ümumilikdə 997 min kvadratmetr sahədə boyalar ilə xətlənmə işləri görülməlidir. AYNA bir kvadratmetr sahənin xətlənməsi üçün orta hesabla 21,6 manat pul ayırıb.
Tenderdə iştiak haqqı 3 min 232 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Rüfət Sərdarlı - Baş mütəxəssis / [email protected] / tel:+994 77 455 97 59














