Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət “Viking İnternational Limited” şirkətinin filialından (VÖEN: 1701601701), “Vertiv Güç Sistemleri Limited” şirkətinin filialından (VÖEN: 1401593981) VƏ “Karabakh Joint Operating Company B.V.” şirkətinin filialından gedir.
Qeyd edək ki, “Viking İnternational Limited” şirkəti Böyük Britaniya şirkətidir. Şirkət əsasən neft-qaz sənayesində (sondaj, enerji, geofizika və kuyu xidmətləri) fəaliyyət göstərən beynəlxalq şirkətdir.
“Vertiv Güç Sistemleri Limited Şirkəti” Türkiyə mənşəli şirkətidir. Azərbaycandakı filialı kritik rəqəmsal infrastruktur, məlumat mərkəzləri (data mərkəzləri) və enerji təhlükəsizliyi sistemlərinin qurulması, təchizatı və onlara texniki xidmət göstərilməsi ilə məşğul olur.
SOCAR və Norveçin “Equinor” şirkəti “Qarabağ” yatağının işlənməsi üzrə Risk Service Contract (Risk-Xidmət Müqaviləsi) imzalayıblar. Layihənin icrası üçün SOCAR və "Equinor" bərabər paylarla (50%–50%) əməliyyat şirkəti – “Karabakh Joint Operating Company B.V” yaradıblar.














