Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur.
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu çəkilir
FED.az xəbər verir ki, bunu Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, söküntü işləri əsasən Səməd Vurğun, Bülbül, Şamil Əzizbəyov, Mirzə İbrahimov, Cəlil Məmmədquluzadə və Sabit Rəhman küçələrini əhatə edəcək.
Sədr əlavə edib ki, kompensasiyanın məbləği ərazinin yerləşməsindən, daşınmaz əmlakın dəyərindən və layihənin şərtlərindən asılı olacaq.
Bununla belə, konkret rəqəmlər bəzi ünvanlar üzrə qiymətləndirmə işləri aparıldıqdan sonra müəyyənləşdiriləcək.













