“Yelo Bank”ın biznes kreditləri üzrə portfeli 2026-cı ilin ilk 9 ayında 46 milyon 864 min manat və ya 7% artıb.
FED.AZ xəbər verir ki, bankın maliyyə hesabatına əsasən, 2026-cı il sentyabrın 30-na biznes kreditlərinin həcmi 720,5 milyon manat təşkil edib. Halbuki 2025-ci ilin sonunda bu göstərici 673,6 milyon manat idi.
Hesabat dövründə bankın ümumi kredit portfeli 61 milyon 220 min manat və ya 5,6% artaraq 1 milyard 150 milyon 291 min manata çatıb.
Kredit portfelinin ən böyük hissəsini biznes kreditləri təşkil edir. Bu kreditlərin ümumi portfeldə payı 62,6%-ə yüksəlib.
İstehlak kreditlərində də artım qeydə alınıb. Belə ki, istehlak kreditləri ilin əvvəlindən cəmi 1 milyon 703 min manat və ya 0,5% artaraq 319 milyon 97 min manata çatıb.
Daşınmaz əmlak kreditləri isə 12,6 milyon manat və ya 12,9% artaraq 110,7 milyon manat təşkil edib.
Beləliklə, 2026-cı ilin ilk 9 ayında “Yelo Bank”ın kredit portfelində qeydə alınan ümumi artımın təxminən 76,6%-i biznes kreditlərinin payına düşüb.















