2026-cı ilin ilk 9 ayında “Bank of Baku”nun faiz gəlirləri 164 milyon 93 min manat təşkil edib.
FED.AZ xəbər verir ki, bankın maliyyə hesabatına əsasən, bu göstərici ötən ilin müvafiq dövründəki 129 milyon 193 min manatla müqayisədə 34 milyon 899 min manat və ya 27% çoxdur.
Faiz gəlirlərinin əsas hissəsi müştərilərə verilmiş kreditlərdən formalaşıb. Bu istiqamətdə gəlirlər 121 milyon 976 min manatdan 150 milyon 484 min manata yüksəlib.
Eyni zamanda, bankın faiz xərclərində də ciddi artım qeydə alınıb.
Belə ki, faiz xərcləri 51 milyon 44 min manatdan 73 milyon 427 min manata çataraq 43,8% artıb.
Xərclərin əsas hissəsi depozitlər üzrə ödənilən faizlərin payına düşüb. Bu istiqamətdə xərclər 48 milyon 168 min manatdan 67 milyon 854 min manata yüksəlib.
Nəticədə, bankın xalis faiz gəlirləri əvvəlki ilin müvafiq dövründəki 78 milyon 149 min manatdan 90 milyon 809 min manata çatıb. Bu isə 16,2%-lik artım deməkdir.















