2026-cı ilin ilk 9 ayında Azərbaycanda fəaliyyət göstərən bankların əksəriyyətinin aktivləri artıb. Bəzi banklar isə bu dövrdə aktivlərini hətta 20–35% böyütməyə nail olublar.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2025-ci ilin sonu ilə müqayisədə aktivlərini ən sürətlə artıran bank «Bank of Baku» olub.
Bankın aktivləri 413,8 milyon manat və ya 35,9% artaraq 1 milyard 566,3 milyon manata çatıb.
İkinci yerdə «AFB Bank» qərarlaşıb. Bankın aktivləri 151,4 milyon manat və ya 35,8% artaraq 574,4 milyon manata yüksəlib.
Üçüncü yeri «Yapı Kredi Azərbaycan» tutub. Bankın aktivləri 216,2 milyon manat və ya 27,3% artaraq 1 milyard 8,9 milyon manat olub.
İlk beşliyi «Kapital Bank» və «Bank VTB Azərbaycan» tamamlayıb. Bu bankların aktivləri müvafiq olaraq 23% və 20,1% artıb.
«Kapital Bank»ın aktivləri 2 milyard 598,6 milyon manat artaraq 13 milyard 919,5 milyon manata, «Bank VTB Azərbaycan»ın aktivləri isə 61,6 milyon manat artaraq 367,8 milyon manata çatıb.
Maraqlıdır ki, faizlə artımda «Bank of Baku» lider olsa da, mütləq məbləğlə ən böyük artım «Kapital Bank»da və ölkənin ən böyük bankı olan ABB Bankda qeydə alınıb 2,5 milyard manat qeydə alınıb.
Ümumilikdə, renkinqə daxil olan 21 bankdan 17-nin aktivləri artıb, 4 bankın aktivləri isə azalıb.















