Bu günə olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən xəbərə görə, avqustun 17-si saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 16-da günün ikinci yarısında Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Düşən yağıntının miqdarı Şahdağ və Xaltanda 2.0 mm-dək olub.
Gözlənildiyi kimi, avqust ayının birinci yarısına nisbətən artıq havanın temperaturu bir neçə dərəcə enərək Abşeron yarımadasında 33-37 dərəcə olub. Ən yüksək temperatur isə Şərur və Culfada qeydə alınıb, orada 40 dərəcəyədək isti olub.