Dövlət

Prezident müştərək sığorta ilə bağlı - QANUNU İMZALADI

Prezident müştərək sığorta ilə bağlı - QANUNU İMZALADI | FED.az
19:46 19 Avqust 2019

Prezident İlham Əliyev “Sığorta fəaliyyəti haqqında” qanuna dəyişikliyi təsdiqləyib. FED.az xəbər verir ki, dəyişikliyə əsasən 
“Sığorta fəaliyyəti haqqında” Qanuna aşağıdakı məzmunda 1.1.2-1-ci, 1.1.2-2-ci və 1.1.3-1-ci maddələr əlavə edilib:

ELƏCƏ DƏ BAX : Sığortaçılar üçün keçirilən attestasiyanın - NƏTİCƏLƏRİ AÇIQLANIB

1.1.2-1. müştərək sığorta – müştərək sığorta fondu hesabına sığorta ödənişinin verilməsi, risklərin, o cümlədən fondda yaranan gəlir və zərərin bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi;

1.1.2-2. müştərək sığorta fondu – fiziki və hüquqi şəxslərin əmlak mənafelərinin müştərək sığorta əsasında sığorta etdirilməsi məqsədilə həmin şəxslərin ödədiyi, habelə dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsaitin məcmusu;”;

“1.1.3-1. müştərək sığortaçı – müstəsna olaraq müştərək sığorta əsasında fəaliyyət göstərmək üçün müvafiq lisenziyaya malik olan sığortaçı;”.

Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Digər xəbərlər