ABŞ-nin Azərbaycandakı səfirliyi gələn həftə üç gün işləməyəcəyi barədə məlumat verib.
FED.az xəbər verir ki, bu barədə məlumat diplomatik missiyanın "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Qeyd olunub ki, səfirlik Azərbaycanın milli bayramları: 8 Noyabr - Zəfər Günü və 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar bağlı olacaq.
Bundan əlavə, diplomatik missiya ABŞ-nin Veteranlar Günü bayramı ilə əlaqədar noyabrın 11-də fəaliyyət göstərməyəcək.
"Səfirlik işini noyabrın 12-də bərpa edəcək. Əgər siz ABŞ vətəndaşısınızsa və bu müddət ərzində təcili yardıma ehtiyacınız varsa, zəhmət olmasa +994 12 488 33 00 nömrəsinə zəng edin", - diplomatik missiyadan bildirilib.













