Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan ilə Bakı arasında sülh prosesini müzakirə ediblər.
İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı təkliflər paketi aldığını - TƏSDİQLƏDİ
FED.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
"Sankt-Peterburqda MDB dövlətləri başçılarının qeyri-rəsmi sammiti zamanı Ermənistan baş naziri və Azərbaycan prezidentinin qeyri-rəsmi görüşü keçirilib. Ermənistan və Azərbaycan arasında sülh gündəliyinə dair məsələlər müzakirə olunub", - Baqdasaryan Ermənistanın İctimai Televiziyasına bildirib.
Onun sözlərinə görə, müzakirələr «ikitərəfli formatda» keçirilib.
Daha əvvəl çərşənbə axşamı Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bəyan edib ki, Ermənistan ilə Azərbaycan arasında sülh «heç vaxt bu qədər yaxın olmamışdır». (İnterfaks-Azərbaycan)