ABŞ ordusunun hücumlarına cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın mərkəzi hissəsindən Amerikanın bölgədəki bazalarına raketlər buraxıb.
FED.az xəbər verir ki, SEPAH bu dəfə ABŞ zərbələrinə cavab olaraq ABŞ-ın İordaniya və Bəhreyndəki bazalarına zərbələr endirib.
İran tərəfinin məlumat yayıb ki, İordaniyadakı Amerika bazasınə zərbə nəticəsində böyük sayda hərbçi məhv edilib. Məlumatda deyilir ki, SEPAH-ın hərbi kosmik qüvvələri Akaba körfəzi sahilindəki ABŞ dəniz piyadaları bazasına ballistik raket zərbələri endirib.
«Zərbələr nəticəsində çoxsaylı ABŞ əsgərləri ləğv edilib, eləcə də bir sıra mühüum obyektlər və helikopterlər məhv edilib»- məlumatda deyilir.
Öz növbəsində İordaniya tərəfi bildirib ki, İran tərəfinin atdığı 13 raketdən 10-u vurulub, qalan 3-ü isə yaşayış yerlərindən kənara düşüb.
Eyni zamanda İran tərəfi ABŞ-ın Bəhreyndəki bazalarına da kütləvi şəkildə zərbələr endirib. İranın Tasnim agentliyi bildirib ki, bu dəfə İranan pilotsuz aparatları ABŞ-ın Bəhreyndəki «Şeyx-İsa» bazasındakı radiolokasiya obyektlərinə və hərbçilərin yığışdığı yerlərə hücum edib.
İran tərəfi bildirib ki, «Şeyx-İsa» ABŞ-ın Fars körfəzindəki ən mühüm aviabazalarından biri, eləcə də vertalyotlar və PUA-ların təmiri və texniki qulluğu üçün əsas mərkəzdir.












