Zaur Mustafayev "Caspian Energy Kazakhstan"ın sədri vəzifəsinə təyin olunub.
FED.az xəbər verir ki, bu barədə "Caspian Energy Club"un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
Eləcə də bax: Zaur Darabzadə "Caspian Energy Georgia"nın sədri - TƏYİN OLUNUB
Onun sözlərinə görə, Zaur Mustafayev "Caspian Energy KAZAKHSTAN” Qazaxıstan ərazisində "Caspian Energy Club"un maraqlarını təmsil edəcək və layihələrini idarə edəcək. Bunların sırasında beynəlxalq “Caspian Energy Forum Kazakhstan”, “Caspian Energy Award Kazakhstan”, “Brand Award Kazakhstan” və həmçinin Qazaxıstanın bütün regionlarında B2G və B2B forumlar, CEO Breakfast və CEO Lunchlar, biznes-turlar və dairəvi masalar təşkil edəcək.
Zaur Mustafayev ona göstərilən yüksək etimada görə "Caspian Energy Club"un Ali Rəhbərliyinə minnətdarlığını bildirib. Zaur Mustafayev Azərbaycan və Qazaxıstan sahibkarları arasında netvorkinqi genişləndirilməsində, ticari-iqtisadi əlaqələrin inkişafında, aktiv iştirak edib və əlindən gələni edəcəyini vurğulayıb. Mənim yeni statusda ilk səfərim 26-30 sentyabr tarixlərində Almatı şəhərində təşkil olunan KİOGE və sərgi və konfrans çərçivəsində təşkil olunan görüşlər və biznes-turlar çərçivəsində keçiriləcək.
Mustafayev Zaur Bayram oğlu 01 avqust 1984-cü ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, 47 saylı orta məktəbdə təhsilə başlayıb. 1997-2001-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Fizika Riyaziyyat və İnformatika Təmayüllü litseydə (FRİTL) təshil alıb. Elə həmin il liseyi bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat Uçotu və Audit fakültəsinə daxil olmub. 2005-ci ildə ali təhsilini bakalavr dərəcəsi ilə başa vuraraq Gəncə şəhəri, Daxili Qoşunların N saylı hərbi hissəsində hərbi xidmətdə olmuşdur. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat Uçotu və Audit fakültəsinə magistr dərəcəsinə daxil olaraq 2009-cu ildə fərqlənmə ilə bitirmişdir.
2001-2005-ci illərdə AZƏRİQAZNƏQL İstehsalat Birliyinin Avtomobil və Mexanizasiya Nəqliyyatı İdarəsində mühasib vəzifəsində işləyib.
2006-2007-ci illərdə Kapitalbank ASC Nizami filialında xəzinədar vəzifəsində çalışıb.
2007-2013-cü illərdə Azpetrol LTD MMC-də mühasib vəzifəsində işləmişdir.
2013-2016-cı illərdə BKR İŞIK İnternational şirkətində müqavilə əsasında audit qrupunun rəhbəri vəzifəsində çalışmışdır.
07.01.2016-cı ildə GOLDMOON MMC adlı şirkət açaraq həm təsisçi, həm direktor vəzifəsində çalışmışdır. 2021-ci ildə GOLDMOON MMC-nin adı və təşkilati hüquqi forması dəyişilərək ENERMUS QSC olmuşdur. Hazırda ENERMUS QSC-də həm təsisçi, həm müşahidə şurasının sədri pozisiyasındadır.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialogunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gurcustan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.