Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi tərəfindən Xocavənd rayonunda fərdi yaşayış evlərinin təmiri ilə bağlı həyata keçirilən satınalmaların nəticələri açıqlanıb.
FED.az xəbər verir ki, Xidmət ümumi dəyəri 15 milyon 139 min 496 manat olan 4 müqavilə imzalayıb. Satınalmalar "Bir mənbə" metodu ilə həyata keçirilib.
Qalib şirkətlər və görüləcək işlər aşağıdakı kimidir:
"Az-Caspian Construction" MMC – Xocavənd rayonunun Xocavənd kəndində (50 ev - 9500 m2) və Xocavənd rayonunun Quzeyxırman kəndində (78 ev - 14820 m2) fərdi yaşayış evlərinin təmiri işləri. Müqavilənin dəyəri 8 milyon 509 min 550 manat təşkil edir.
"Rəmzi" MMC – Xocavənd rayonunun Kiş kəndində fərdi yaşayış evlərinin (50 ev - 9500 m2) təmir işləri. Müqavilənin dəyəri 3 milyon 319 min 935 manat təşkil edir.
"Layihə Bərpa Tikinti" MMC – Xocavənd rayonunun Xocavənd şəhərində fərdi yaşayış evlərinin (30 ev - 5700 m2) təmir işlərinin satın alınması. Müqavilənin dəyəri 1 milyon 988 min 29 manat təşkil edir.
"Gross Construction" QSC – Xocavənd rayonunun Xocavənd şəhərində fərdi yaşayış evlərinin (20 ev - 3800 m2) təmir işləri. Müqavilənin dəyəri 1 milyon 321 min 982 manat təşkil edir.











