Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi Xocavənd rayonunun Xanoba kəndində fərdi yaşayış evlərinin təmiri ilə bağlı tenderə yekun vurulub.
FED.az xəbər verir ki, layihə çərçivəsində Xanoba kəndində 2-ci mərhələ üzrə ümumi sahəsi 4 375,8 kvadratmetr olan 26 ədəd fərdi yaşayış evinin təmiri nəzərdə tutulur.
Təmir işlərinin icrası “Capital Group” MMC-yə həvalə edilib.
Qalib şirkətə 1 milyon 526,9 min manat ödəniləcək.
Satınalma bir mənbədən alınma metodu ilə həyata keçirilib.











