ABŞ-ın və dünyanın əyləncə sənayesi üzrə ən böyük konqlomeratı “Walt Disney" şirkəti bu ilin III rübünü 710 milyon dollar zərərlə başa vurub.
Eləcə də bax: Amerikada öldürülən Floydun qızına – «Disney»in səhmləri verildi
FED.az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, şirkət ötən ilin eyni dövründən 777 milyon dollar mənfəətlə çıxmışdı.
“Walt Disney" 2019-cu ilin oktyabr ayından 2020-ci ilin sentyabr ayına qədər davam edən 2020-ci maliyyə ilini isə 2,832 milyard dollar zərərlə yekunlaşdırıb. Halbuki, şirkət 2018-ci ilin oktyabr ayından 2019-cu ilin sentyabr ayına qədər davam edən 2019-cu maliyyə ilində 10,425 milyard dollar mənfəət əldə etmişdi. Bu, əyləncə nəhənginin tarixində 1980-ci ildən bəri ilk haldır.