ABŞ-ın Minneapolis şəhərində polislər tərəfindən öldürülən afro-amerikalı Corc Floydun qızı 6 yaşlı Cianna Floyd «Disney» şirkətinin səhmdarına çevrilib.
FED.az xəbər verir ki, bu səhmləri qıza məşhur müğənni və aktrisa Barbra Streyzand bağışlayıb. 6 yaşlı qız səhmdar olması barədə sertifikatın şəklini İnstaqram səhifəsində paylaşıb. Aktrisaya təşəkkür edən Cianna «Sizin sayənizdə «Disney»in səhmdarı oldum»-yazıb.
Qeyd edəku ki, «Disney»in səhmləri bir həftə idi ki, 12% ucuzlaşıb 127 dollardan 112 dollara düşmüşdü. Bu məlumatına yayılmasından sonra isə «Disney»in səhmləri 4,3 dollar və ya 3,8% bahalaşaraq 112 dollardan 116,3 dollara yüksəlib.