Sahibkarlığın İnkişafı Fondu tərəfindən "Cooky Chefs" MMC-yə un məmulatlarının istehsalının inkişafı layihəsi üçün 200 min manat güzəştli kredit ayrılıb.
2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu 194 milyon manat - GÜZƏŞTLİ KREDİT VERİB
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.
Nazir vurğulayıb ki, kiçik və orta biznesin fəaliyyətinin stimullaşdırılması onların iqtisadiyyatda rolunun möhkəmləndirilməsinə xidmət edir.