Bir zaman Türkiyənin məşhur biznes imperiyalarından biri olan Uzan ailəsi hazırda siyasi sığınacaq aldıqları Fransada bəzi iri şirkətləri məhkəməyə verib.
Eləcə də bax: “Thodex kripto-birja”nın qurucusu birjanı bağlayaraq, $2 mlrd. vəsaitlə - Xaricə Qaçıb
FED.az xəbər verir ki, aralarında Motorola, Vodafone kimi telekommunikasiya şirkətləri və BlackRock kimi iri investisiya qruplarının olduğu cavabdehlərə qarşı 68 milyard dollarlıq iddia qaldırılıb.
Cem Cengiz Uzan və Murat Hakan uzan qardaşları iddia edir ki, Türkiyənin Yığım vəsaitlərinin Sığortalanması Fondu (Tasarruf Mevduatı Sigorta Fonu - TMSF) 2004-cü ildə onların biznesini, o cümlədən Imar Bankasını qanunsuz olaraq müsadirə edib. Daha sonra TMSF yaranmış iri miqdarda borcu ödəmək üçün aktivlərin bir hissəsini BlackRocka satıb. Bu vəziyyətdən istifadə edən bəzi şirkətlər də Uzanların ailə biznesinə aid firmaları fırıldaqçılıqla ələ keçirib.
Motorola 1998-ci ildə Uzanların sahibi olduğu Telsim-ə 2 milyard dollar borc verib. 2000-ci illərin əvvəlində ABŞ məhkəmələri Uzanların borc alarkən Motorolaya saxta sənədlər təqdim etməsi barədə qərar çıxarıb. Daha sonra Telsim 4,5 milyard dollara Vodafone-a satılıb.
Uzanlar tələb etdikləri 68 milyard dolların həmin dövrdə müsadirə edilən sonradan başqalarına satılan aktivlərin dəyəri və həmin aktivlərə görə itirilmiş dividend olduğunu bildirir.
Uzun illərdir Türkiyədə haqqında həbs qərarı çıxarılan Cem Uzan bir sıra Qərb elit dairələrində kifayət qədər tanınmış şəxs olub. Britaniya şahzadəsi Çarlz-ın bioqrafiyası haqqında 2018-ci ildə yazılan kitabda iddia olunur ki, Cem Uzan 2000-ci ildə təşkil olunan bir ziyafətdə öz həyat yoldaşının Çarlzla yanaşı oturması üçün xeyriyyə fonduna 200 min funt ödəyib. (Marja)