Cənubi Afrika Respublikasının iki sakini – doğma qardaşlar və Africrypt adlanan investisiya platformasının sahibləri bitkoinlə indiyədək qeydə alınmış ən böyük fırıldağı həyata keçiriblər.
FED.az xəbər verir ki, qardaşlar – böyük qardaş Əmir və 20 yaşlı kiçik qardaş Rais Kajdi müştərilərin yatırımları ilə birlikdə aradan çıxıblar. Aparılan bitkoinin ümumi məbləği 4 milyard dollara çatır.
Xarici mətbuat yazir ki, bu əhvalat hələ apreldən başlayıb. Həmin vaxt Africrypt platformasının bəzi müştəriləri yatırdıqları pulların bir hissəsinin itdiyini hiss ediblər. Bununla bağlı qardaşlara müraciət edəndə Amir elan edib ki, şirkətə naməlum hakerlər hücum edib. Amma Qardaşlar müştərilərdən xahiş ediblər ki, hələlik polisə müraciət etəsinlər və «məsələni özləri həll edib» pulu qaytaracaqlarına and içiblər.
Sonradan isə məlum olub ki, Africrypt-dakı hesablardan bitkoinlər iri mayninq-qruplar tərəfindən çıxarılıb və artıq bu tranzaksiyanı (yəni bitkoinlərin hesabdan hesaba köçürülməsini) izləmək, onun hara köçürüldüynü görmək mümkün deyil.
Daha sonra isə qardaşların özü də «radar»dan itiblər. Polis onları axtarışa versə də qardaşlara qarşı cinayə işi başlamaq asan olmayacaq. Məsələ ondan ibarətdir ki, Cənubi Avrika Respublikasında bitkoinlər maliyyə sisteminin hissəsi sayılmır və resmi olaraq qardaşları günahlandırmaq mümkün deyil.