Çex avtomobil istehsalçısı Skoda-nın Türkiyə təmsilçisi Yüce Auto 120 işçinin hamısına 25 maaş bonusu verib. Yüce Auto İdarə Heyətinin sədri Ahmet Yüce açıqlamasında etdiklərinin normal olduğunu bildirib.
Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı artmaqda - DAVAM EDİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, Yüce Auto şirkətinin ortağı – Doğuş Qrupunun İdarə Heyətinin sədri Ferit Şahenk ilə birlikdə bu qərarı verdiklərini bildirən Ahmet Yüce belə deyib: “Bizim etdiyimiz çox normal bir şeydir. Keçən il də işçilərə 15 maaş bonusu vermişdik. Onsuz da bütün işəgötürənlər işçilərinə haqlarını verməlidirlər. Açığı, bu məsələnin bu dərəcədə gündəm olmasına təəccüblənirəm. İşçilərimiz bizim hər şeyimizdir, ailəmizdir. Uğurumuz əməkdaşlarımızın sayəsindədir. Bu il işlərimiz yaxşı getdi və belə bir qərar verdik”.