2022-ci ilin yanvar-noyabr aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 321 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 105 şirkət çoxdur.
Türk vətəndaşı Azərbaycanda metal şirkəti yaratdı
FED.az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 125 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 59,9 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (266) qeydiyyata alınıb.
“İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 95,9 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki , 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 26 ixracat, 169 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.
Qeyd edək ki, 2021-ci ildə Türkiyədə Azərbaycan kapitallı 216 şirkət qeydiyyatdan keçib. Onların ümumu kapitalı 59,9 milyon türk lirəsi olub.
2021-ci ildə ən çox Azərbaycan kapitallı şirkət İstanbulda qeydə alınıb. (Trend)