“2018-ci il dekabrn 28-də dövlət satınalmaları barədə qanunvericiliyə böyük dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərin tərkib hissəsi olaraq 3 milyon dollar ekvivalentində bütün satınalmalar Azərbaycanda elektron formada açıq tender üsulu ilə keçiriləcək. Bununla bağlı həmin qanuna dəyişikliyə əsasən yeni portal yaradılmışdır. Həm bizim xidmət həm də elektorn hökumət tərəfindən işlər həyata keçirilib. Artıq elektron satınalmaların keçirilməsinə başlanılıbdır” FED.az xəbər verir ki, bunu Kiçik və Orta Biznes İnkişaf Agentliyinin sahibkarlar üçün təşkil etdiyi canlı yayımında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin satınalmalar şöbəsinin müdirinin müavini Mirdamət Kərimov bildirib.
Onun sözlərinə görə, satınalmalara barədə yeni qanunvericilikdə bununla bağlı bir çox dəyişikliklər nəzərdə tutulub. Şikayətlərə baxılması və əlavə sənədləşmə ilə bağlı, bir çox mühüm məsələlər sadələşdirilmişdir.
Məlumat üçün bildirək ki, həmin fərmanın icrası olaraq xidmət tərəfindən bir çox işlər yerinə yetirilib. Bununla bağlı vahid internet portalı ilə bağlı əsasnamə artıq hazırlanmışdır. Malların işlənib qiymətlərin hesablanması üsulu artıq tətbiq olunub. Azərbaycan Respublikasının mülki məcələssinin 422 maddəsində nəzərdə tutulmuş halların malların satınalması qaydaları da təsdiq olunub. Bundan başqa Azərbaycanda vəzifəli şəxslərin davranış koddeksi də qüvvəyə minmişdir. Bununla bağlı hüquqi-müstəvidə artıp bir çox məsələlər həll olub – deyə Mirdamət Kərimov bildirib.
Satınalmalarda şikayət və əlavə sənədlərlə bağlı qaydalar sadələşdirilib
12:10
6 Avq 2019