İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşəbbüsü ilə daxili bazar araşdırmaları aparılıb.
Eləcə də bax: İş adamlarının investisiya layihələrinin qəbulu başlandı - İNVESTORLARA VERİLƏCƏK
FED.az xəbər verir ki, araşdırma 25 müxtəlif sahəni – boya, optik eynək, özəl və korporativ geyimlər, daşınar soyuducu anbar və məişət tullantıları konteynerlərinin istehsalı, tekstil fabrikinin, reklam vasitələrinin yaradılması, avtokimya, minik və yük avtomobillərinin yağdəyişməsi kimi sahələri əhatə edir.
Sahibkarın müraciəti əsasında aparılan daxili bazar araşdırmasından fərqli olaraq, Agentliyin təşəbbüsü əsasında aparılan bazar araşdırmalarının nəticələri KOB subyektlərinə ödənişsiz təqdim edilir.
Həmin bazar araşdırmasının mövzularını təqdim edir (yazının üstündəki linkə keçid edərək araşdırma ilə tanış ola bilərsiniz):
- Pambıq bitkisinin gövdəsindən mebel sənayesində lazım olan yarımfabrikat lövhələrin hazırlanması
- Lifsiz pambıq toxumunun emalı müəssisəsinin yaradılması
- Pambıq çiyidinin toxumundan, günəbaxan və qarğıdalı bitkilərindən qida üçün yağ məhsullarının hazırlanması müəssisəsinin yaradılması
- Pomidor emalı müəssisələrinin yaradılması
- Mühərriksiz kənd təsərrüfatı aqreqatlarının istehsal potensialının öyrənilməsi
- Nar sousu istehsalı
- Mini-Konserv istehsalı
- Göbələk istehsalı
- Fındıq əzməsi istehsalı
- Şirniyyat halvalarının istehsalı
- Nehrə yağlarının istehsalı
- Səyyar qəhvə və yan məhsulların istehlakı
- Meyvə qurularının və meyvə pürelərinin istehsalı
- Bal və arıçılıq məhsulları istehsalı
- Kimyəvi yuyucu vasitələrin istehsalı (paltar və qab üçün)
- HORECA sahəsi üzrə şirniyyat ehtiyacları
- Optik eynəklərin istehsalı
- Boya istehsalı
- Daşınar soyuducu anbarların istehsalı
- Tekstil fabrikinin yaradılması
- Məişət tullantıları konteynerlərinin istehsalı və satış imkanları
- Reklam vasitələrinin istehsalı və effektivliyi
- Avtokimya məhsulların istehsalı
- Özəl və korporativ geyimlərin istehsalı
- Minik və yük avtomobilləri üçün yağdəyişmə xidmətləri