Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerli layihələrə investisiyaların cəlb olunması məqsədilə KOB subyektlərindən layihələr qəbul edir.
FED.az xəbər verir ki, KOBİA-nın yaydığı məlumatda bildirilir ki, investisiya layihələri ixracyönümlü və idxalı əvəz edən, yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalını nəzərdə tutmaqla, qeyri-neft sektorunun prioritet istiqamətlərini əhatə etməli, yeni müəssisələrin yaradılmasını və ya innovativ alətlərin tətbiqi ilə mövcud müəssisələrin və bizneslərin yenidən qurulmasını təmin etməlidir.
Yekun investisiya layihələri KOBİA tərəfindən maraqlı investorlara təqdim ediləcəkdir.
Müraciət etmək istəyən KOB subyektlərindən müraciət formasını (https://bit.ly/3kFMdhL) doldurmaqla 3 iyun 2022-ci il tarixinədək göndərmələri (e-mail: [email protected]) xahiş olunur.
KOB subyektinin əlavə sualı yaranarsa: (012) 511 05 11, Heydər Abışov.