"Karusel" hipermarketlər şəbəkəsi 19 illik fəaliyyətindən sonra fəaliyyətini dayandırıb.
Rusiyada IKEA-nın Belarus analoqunun - İlk Mağazası Açılır
FED.az xəbər verir ki, "X5 Group" şirkəti Rusiyada 19 il fəaliyyət göstərən bütün Karusel mağazalarını bağlayıb.
"X5 Group" bir neçə ildir ki, şirkət mağazalar şəbəkəsinin sayını ardıcıl olaraq azaldırdı.
Qeyd olunur ki, 2019-cu ilin sentyabr ayının sonunda "X5 Group" şirkəti 91 Karusel hipermarketini idarə edib.
Proses nəticəsində 40-dan çox hipermarket “Perekrestok” şəbəkəsinin idarəçiliyinə verilib və hazırda supermarket kimi fəaliyyət göstərirlər.
"Karusel" işçilərinin yarıdan çoxu X5-in digər bölmələrində və şəbəkələrində işləməyə davam edir.
"Karusel" hipermarketlər şəbəkəsi 19 il əvvəl yaradılmışdı. Zaman keçdikcə rəqabət artdığından şəbəkə bazarda qalmağı bacara bilməyib. (Marja)