Aprelin 15-də Moskvanın "Şelkovski" ticarət və əyləncə mərkəzində IKEA-nın analoqu olan Belarus brendi Swed House-un ilk mağazası açılacaq.
Rusiya dövlət büdcəsinin kəsiri 45%-ə çatıb – 34 MİLYARD DOLLAR
FED.az xəbər verir ki, bu barədə mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
"Aprelin 15-də "Şelkovski" ticarət mərkəzində Rusiyada ilk "Swed House" mağazası açılacaq. Yeni məkanda öz brendinin malları ilə yanaşı, IKEA-nın analoqları da olacaq. Yeni məkanda mətbəx malları, tekstil, mebel aksesuarları və s. təklif olunacaq”, - deyə mətbuat xidməti bildirib.
Daha əvvəl Ticarət Mərkəzləri İttifaqının rəhbəri Bulat Şakirov bildirmişdi ki, IKEA-nın Belarus analoqu - istehsalçı Swed House 2023-cü ildə Moskvada 10 mağaza aça bilər. O qeyd edib ki, şirkətin Belarus, Rusiya, Qazaxıstan və Çində zavodları var. (Marja)