Sentyabrın 16-dan səfər ayı bitir. Artıq buna baxmayaraq restoran və şadlıq saraylarında boş yerlər qalmayıb. Lakin qiymətlər heç də hamını qane etmir.
Toylar azalsa da, qiymətlər azalmır - Şadlıq saraylarında menyular bahalaşıb
FED.az xəbər verir ki, məhərrəm ayından əvvəl təklif edilən 35 manatlıq menyu 40-45 manat, 50 manatlıq menyu isə 55-60 manata təklif edilir.
Restoran inzibatçıları bildirib ki, bazarda olan qiymət artımı restoranlarda menyunun bahalaşmasına səbə olub. (Arb xəbər)