“Salyan Reproduktor Quşçuluq” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının keçiriləcəyi tarix pandemiya ilə əlaqədar olaraq 21 avqust 2020-ci il tarixindən 25 sentyabr 2020-ci il tarixinə dəyişdirilmişdir.
Eləcə də bax: Şirkətin rəhbərliyi yenidən formalaşdırılacaq - İCLAS
FED.az xəbər verir ki, iclasın gündəliyinə səhmdar cəmiyyətin 2019-cu il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə idarə heyətinin hesabatı, müşahidə şurası (Direktorlar şurası), İcra orqanı və təftiş komissiyasının formalaşdırılması və digər məsələlər daxildir.
Səhmdarların növbəti ümumi yığıncağı saat 11:00-da Salyan rayonu, Qaraçala qəsəbəsində keçiriləcəkdir.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu: (050) 612 22 62