“Şüvəlan” ASC səhmdarlarının növbəti ümumi yığıncağının keçiriləcəyi tarix pandemiya ilə əlaqədar olaraq 2020-ci il avqustun 18-dən sentyabrın 30-u saat 11.00-a dəyişdirilmiş və Bakının Xəzər rayonunun, Şüvəlan qəsəbəsində keçiriləcəkdir.
Eləcə də bax: “Bakı Çinar Soyuducuları” ASC-nin rəhbərliyində dəyişiklik ediləcək- YIĞINCAQ
FED.az xəbər verir ki, iclasın gündəliyinə səhmdar cəmiyyətin 2019-cu il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə idarə heyətinin hesabatı, müşahidə şurası (direktorlar şurası), icra orqanı və təftiş komissiyasının formalaşdırılması və digər məsələlər daxildir.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu- (055) 457 51 95.