“Şahinlər” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN 2000697101) “Nyu Sfera-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN 1600378881) ona qoşulması nəticəsində yenidən təşkil olunub.
FED.az xəbər verir ki, yenidən təşkil nəticəsində cəmiyyətin təsisçiliyinə daxil olan Zeynalova Türkanə İman qızı əlavə 30 manat, təsisçi Quliyev İman Nəsirulla oğlu tərəfindən əlavə 420 manat pul şəklində pay qoyuluşu hesabına nizamnamə kapitalı 500 manatdək artırılmış və hər biri 5 manat olan 100 paydan ibarət müəyyən edilib.
Qeyd edəki, "Şahinlər" MMC 27 iyun 1994-cü ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Elməddin Bayramov Nəbi oğludur. Hüquqi ünvanı Az1119, Bakı şəhəri, Nizami rayonu,Bəhruz Nuriyev ev 22-də yerləşir.
“Nyu Sfera-İnşaat” MMC 27 iyul 2005-ci ildə yaradılıb, qanuni təmsilçisi Araz heydərov Niqamət oğludur. Hüquqi ünvanı Hüquqi ünvanı Az1119, Bakı şəhəri, Nizami rayonu,Bəhruz Nuriyev ev məhəllə 23822-də yerləşir.