Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 25 dekabr 2023-cü il tarixli, 1600/Ü nömrəli Əmri ilə Nazirliyin tabeliyində olan Çaykənd Qızılbalıqartırma Zavodu (VÖEN: 7600041271) və Tovuz Balıqartırma Təsərrüfatı (VÖEN: 7300148841) ləğv olunub.
FED.az xəbər verir ki, bununla əlaqədar olaraq ləğvetmə komissiyası yaradılıb.
Kreditorlar 2 (iki) ay müddətində tələblərini ləğvetmə komissiyasına təqdim edə bilərlər. Göstərilən müddətdən sonra tələblərə baxılmayacaqdır.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan 35.
Telefon: (055) 489 60 45 Natiq Məmmədov.
Ləğvetmə komissiyasının sədri: Rəşad Allahverdiyev