28 iyun 2024-cü il tarixində saat 13:00-da "Bakı Oksigen Kompani" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, Bakı şəhəri, Zabrat ŞTQ, Babək (Zabrat I qəs.), 55 ünvanında yerləşən Səhmdar Cəmiyyətin inzibati binasında baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələr daxildir:
1. "Bakı Oksigen Kompani" ASC-nin 2023-cü maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqlənməsi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10:00-dan 17:00-dək "Bakı Oksigen Kompani" ASC-nin Bakı şəhəri, Zabrat ŞTQ, Babək (Zabrat I qəs.), 55 ünvanında yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.