2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda 216,8 min dkl üzüm şərabı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 23,2 min dkl və ya 10% azalıb.
Ötən ilin yanvar-mart aylarında 240 min dkl üzüm şərabı istehsal edilmişdi.
2024-cü ilin aprel ayının 1-nə hazır məhsul ehtiyatı 808,1 min dkl olub.
Hazır məhsul ehtiyatı 88,9 min dkl və ya 10% azalıb.
2023-cü ilin aprel ayının 1-nə hazır məhsul ehtiyatı 897 min dkl təşkil edib.