Bu ilin yanvar-avqust aylarında "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC xaricə 26 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 8 ayı ilə müqayisədə 12,9 milyon ABŞ dolları və ya 33,2% azdır.
Ötən ilin yanvar-avqust aylarında "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 38,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.