Bu ilin yanvar-avqust aylarında Azərbaycan xaricə 52,7 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 8 ayı ilə müqayisədə 4,8 milyon ABŞ dolları və ya 8,3% azdır.
Ötən ilin yanvar-avqust aylarında Azərbaycan 57,5 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.
Təkcə avqust ayında 11,1 milyon dollarlıq elektrik enerjisi ixrac olunub ki, bu da illik 5,4 milyon dollar (94,7%) çoxdur.
Ötən ilin avqust ayında Azərbaycandan xarici ölkələrə 5,7 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib.